Gürcüstanda əlil arvadını öldürən kişi 18 il həbs cəzasına məhkum edilib

Gürcüstanın qərbində yerləşən Quriya vilayətinin Ozurqeti rayon məhkəməsi əlil həyat yoldaşını qətlə yetirən kişini 18 il müddətinə azadlıqdan məhrum edib.

“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun məlumatında deyilir.

Məlumata görə, məhkəmə kişini ailə üzvünü – məhdud fiziki imkanlı həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilib.

Məhkəmə prosesində ittiham tərəfi sübut edə bilib ki, kişi 2023-cü il noyabrın 17-də sərxoş vəziyyətdə Ureki kəndində arvadını öldürüb.

07.06.2024 23:44
519