Gürcüstanda 23 yaşlı azərbaycanlı G.Həsənova zorla qaçırılıb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Hadisənin küçədəki təhlükəsizlik kameralarına düşən görüntüləri sosial şəbəkədə yayılıb. Görüntülərdən də aydın olur ki, 4 nəfər şəxs qızı zorla avtomobilə mindirib ərazidən uzaqlaşırlar. Nənəsi qızı qurtarmağa çalışsa da, həmin şəxslər ona qarşı da fiziki zor tətbiq ediblər.
Qızı qaçıranın 24 yaşlı kənd sakini olduğu bildirilir. Hazırda qızqaçıran şəxslərin saxlanılması ilə bağlı məlumat verilmir.
Faktla bağlı həmin ölkənin Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət işi açılıb. Gürcüstan qanunvericiliyinə görə, bu maddə ilə ittiham olunan şəxsi 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.