Gürcüstanda ardıcıl 3 zəlzələ baş verib

Bu gün Türkiyədə baş verən növbəti zəlzələnin (4,7 bal) ardınca qonşu Gürcüstanda da yeraltı təkanlar qeydə alınıb.

Musavat.com bildirir ki, Qərbi Gürcüstanda - Ozurqeti və Çoxatauri yaxınlığında eyni anda 3 zəlzələ baş verib.

Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. "Sputnik Gürcüstan" yazıb ki, birinci təkanların gücü 3,6, ikincinin 3, üçüncünün gücü isə 3,1 olub.

Musavat.com

19.02.2023 17:24
1013