Gürcüstana ən çox kim pul qoyub – maraqlı statistika

2023-cü ildə Gürcüstana birbaşa xarici investisiyaların həcmi 1,9 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq göstəricisindən 15,6% az və 2023-cü ilin ilkin məlumatlarından 19,3% çoxdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

“Birbaşa xarici investisiyalar komponentlər üzrə aşağıdakı kimi bölüşdürülüb: ümumi həcmin 1,21 milyard dollarını kapital, 83,7 milyon dollarını isə təkrar investisiyalar təşkil edib. Nizamnamə kapitalının həcmi əvvəlki ilin düzəliş edilmiş göstəricisindən 50,7% çoxdur”, - deyə Georgiastat xəbər verir.

İnvestor ölkələrinə gəlincə, ilk on investor ölkələrin siyahısı belədir: Hollandiya - 386,3 milyon dollar; Böyük Britaniya – 364,3 milyon dollar; ABŞ – 182,2 milyon dollar; Türkiyə – 109,5 milyon dollar; Rusiya – 103,3 milyon dollar; Çin – 98,4 milyon dollar; Malta – 97,4 milyon dollar; Azərbaycan – 90,3 milyon dollar; Yaponiya – 69,4 milyon dollar; İsveçrə – 41,9 milyon dollar.

İqtisadiyyat sahələrinin bölgüsünə görə, ən böyük investisiyalar maliyyə və sığorta sektorlarına qoyulub. İkinci yerdə ticarət sektoru, üçüncü yerdə isə istehsal sektoru qərarlaşıb.

 

Musavat.com

16.08.2024 01:36
2696