Xəbər verdiyimiz kimi, Gürcüstanın paytaxtı Tiflisdə Avropa İttifaqına inteqrasiyasına dəstək məqsədilə mitinq keçirilir.
Musavat.com xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili mitinqdə çıxış edib.
Azadlıq meydanına toplaşanlara müraciətində prezident deyib:
"Bu gün mənim qarşımda duran Gürcüstan azad Gürcüstandır. Azadlıq və sülhdən qiymətli heç nə yoxdur. Və bu gün burada gələcəyin Gürcüstanı və keçmişin Gürcüstanı dayanır. Bu Gürcüstan və o Gürcüstan vahiddir, bütövdür. Və bu ölkə Avropaya çevriləcək".
Nigar,
Musavat.com