Gürcüstan parlamentindən vacib qərar: LGBT qadağan edildi

Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 84 deputat səs verib. İclasda müxalifət partiyalarından olan deputatlar iştirak etməyiblər.

Qanun layihəsi LGBT təbliğatını, eynicinslilərin nikahlarını və cinsin dəyişdirilməsini, həmçinin eynicinslilərin intim münasibətlərini, insesti, eynicinsli cütlük və ya qeyri-heteroseksual şəxs tərəfindən övladlığa götürmə və ya qəyyumluğu qadağan edir.

Cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi müdaxilə də qadağan ediləcək. Televiziyalarda eyni cinsdən olan intim səhnələr göstərilməyıcək, LGBT məsələlərini təbliğ etmək məqsədi daşıyan ictimai toplantılar və nümayişlərə icazə verilməyəcək.

Dəyişikliklər paketi həmçinin 18 yaşına çatmamış şəxslər üçün kinoteatrlarda homoseksual səhnələri olan filmlərə baxılmasına məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Qanun layihəsi prezident tərəfindən imzalandıqdan və ölkənin Qanunvericilik qəzetinin saytında dərc edildikdən dərhal sonra qüvvəyə minəcək.

Şahanə Rəhimli
Musavat.com

17.09.2024 19:00
850