Gürcüstan MSK sədri seçkilərin texniki tərəfini yüksək qiymətləndirib

Gürcüstan MSK sədri baş tutmuş seçkilərin texniki tərəfini yüksək qiymətləndirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan MSK sədri Giorgi Kalandarişvili bildirib.

“Gürcüstanda seçki prosesinə elektron texnologiyaların tətbiqi uğurla həyata keçirildi. Seçki administrasiyasının iki ilə yaxın yorulmadan fəaliyyəti müvafiq nəticələr verdi. Seçki günü ümumilikdə 15 min cihazdan istifadə olundu və yalnız 20 cihaz sıradan çıxdı”, – Giorgi Kalandarişvili vurğulayıb.

Səslərin 99,646 %-i hesablandıqdan sonra “Gürcü Arzusu” 54,09 % və ya 1 117 480 seçici səsi toplayır.

27.10.2024 13:13
236