Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşdırıldı

Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri Şalva Lomidze tutduğu vəzifədən azad edilib.

Bu barədə Baş nazir İrakli Kobaxidze sərəncam imzalayıb.

Qeyd edək ki, Ş.Lomidze sözügedən vəzifəni 2021-ci ildən tuturdu. 2012-2024-cü illərdə şöbə müdirinin birinci müavini olub.//Report

04.04.2024 16:34
1057