Gürcüstan hakimiyyəti kənardan cəhdlərə baxmayaraq, oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrinə kənar qüvvələrin müdaxiləsinə imkan verməyəcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə brifinqdə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının siyasi şurasının üzvü Givi Mikanadze bildirib.
“Hakimiyyət cəmiyyətin əksəriyyəti ilə birlikdə heç kimə bir qanunsuz addım belə atmağa imkan verməyəcək. Növbəti dörd illik inkişafın necə olacağını və kimə etibar ediləcəyi barədə gürcü xalqı özü qərar verməlidir. Heç bir xarici dövlətin, heç bir gücün bunu etməyə haqqı yoxdur. Biz onlara hər hansı formada semkiyə müdaxilə etmək və seçkinin nəticələrinə təsir göstərmək imkanı verməyəcəyik”, - deyə Mikanadze bildirib.
Xatırladaq ki, “xarici qüvvələrin müdaxiləsi” dedikdə Gürcüstanda Qərb ölkələrinin maliyyələşdirdiyi qeyri-hökumət təşkilatları vasitəsilə göstərdiyi təsiri nəzərdə tutur və rəğbət qruplarını “xarici agent” adlandırırlar.
Musavat.com