Gürcüstanın Baş naziri İrakli Kobaxidze, ölkəsinin Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.
Musavat.com xəbər verir ki, O, Gürcüstan televiziyasına verdiyi müsahibədə qeyd edib ki, əgər hər iki tərəf istəyərsə, Gürcüstan danışıqlar prosesində daha fəal iştirak etməyə və iki qonşu ölkəyə yardım və dəstək göstərməyə hazırdır.
Kobaxidze vurğulayıb ki, Gürcüstanın vasitəçi kimi çıxış etməsi və ya danışıqların təmin edilməsi prosesində daha fəal iştirak etməsinə maraq yaranarsa, ölkəsi hər zaman buna hazırdır. O, hazırda da bu rolu yerinə yetirməyə hazır olduqlarını və iki qonşu ölkəyə yardım və dəstək təklif etməyə hazır olduqlarını bildirib.
Musavat.com