Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ baş verib

Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Musavat.com-a bildirilib ki, yerli vaxtla saat 05:58-də Qazax stansiyasından 50 km şimal-şərqdə, Gürcüstan-Azərbaycan sərhəddində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

23.01.2023 09:22
524