"Gürcüstan Avropa yolunu tərk edir" - Borreldən xəbərdarlıq

"Gürcüstan hökuməti Avropa İttifaqına üzvlüyə namizəd kimi qalmaq üçün ölkədə köklü dəyişikliklər etməlidir".

Musavat.com xəbər verir ki, bunu dekabrın 1-də vəzifəsini tərk edəcək Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

Kiyevdə səfərdə olan Borrell Ukraynanın “Avropa həqiqəti” nəşrinə müsahibəsində bildirib ki, Gürcüstan Avropa yolunu tərk edir.

Bundan əvvəl Borrell Gürcüstana Aİ yolunu bərpa etməyi təklif etmişdi ki, bu da Brüsselin bütün şərtlərini tez bir zamanda yerinə yetirməyi tələb edir. Şərtlərə əsasən xarici agentlər və ailə dəyərləri ilə bağlı qanunlar ləğv edilməli, Avropayönlü müxalifətin məğlubiyyətə uğradığı 26 oktyabr seçkilərində baş verən pozuntular araşdırılmalıdır.

Şahanə Rəhimli
Musavat.com

11.11.2024 17:03
279