Gürcüstan Aİ və NATO-ya inteqrasiya maddəsini konstitusiyadan çıxarmağı planlaşdırmır

Gürcüstan ölkə konstitusiyasından respublikanın Aİ və NATO-ya inteqrasiya arzusunu ifadə edən 78-ci maddəni çıxarmaq və ya ona dəyişiklik etmək fikrində deyil.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu respublikanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Birmənalı şəkildə deyə bilərəm ki, 78-ci maddəni nə çıxarmaq, nə də ona düzəliş etmək fikrimiz yoxdur”, - Baş nazir bildirib.

23.08.2024 13:29
275