Günün xəritəsi – “qollu bərabərlik”, qızaran və göyərən ərazilər

Bu, şəklini gördüyünüz xəritə parçası Rusiya-Ukrayna müharibəsinin hazırkı mənzərəsini əks etdirir.

Ruslar 2 il 6 aydır davam edən bu müharibəni “xüsusi hərbi əməliyyat”, ukraynalılar isə “Rusiyanın işğalçılıq müharibəsi” adlandırırlar.

Xəritədə sarı rənglə əks olunan yerlər Ukraynanın ərazisini, yaşıl fon isə Rusiyanın torpaqlarını göstərir. “Qırmızı bölgələr” Rusiya tərəfindən işğal olunan və adı “azad edilmiş ərazilər” qoyulan Ukrayna torpaqlarıdır.

Göy rənglə örtülmüş vilayətlər isə son 9 gündə Ukrayna ordusu tərəfindən nəzarət altına alınan və adı “azad edilmiş ərazilər” qoyulan Rusiya torpaqlarıdır.

Neytral mövqedən yanaşsaq, “qırmızı” və “göy” ərazilərin ikisi də işğal olunmuş torpaqlardır. Göründüyü kimi, işğal zonaları təxminən eyni ölçüdədir.

xəritə.jpg (151 KB)

Sadəcə, Rusiya “qırmızı nailiyyət”ə 2.6 ilə yetişibsə, Ukrayna bunu 9 günə bacarıb.

Bu, müharibənin gedişini xeyli dərəcədə dəyişib.

Bir fərq də var: Rusiyadan fərqli olaraq, Ukrayna “göyərtdiyi” torpaqları ilhaq etmək, onların üzərində Ukraynanın suveren hüquqlarını bərqərar etmək fikrində deyil (ən azı indilikdə belədir), bir dönəmdən sonra əvəz-əvəz edərək oradan çıxacaq.

Rusiyanın Ukraynanı tamamilə işğal etmək planı isə ciddi idi. Min bir səbəbdən bu plan fiaskoya uğradı. Bu xəritə həm də o fiaskonun panoramıdır.

Beləliklə, mənzərə bu cürdür və tərəflər arasındakı mübarizənin “qollu bərabərliyi”ni göstərir.

Musavat.com

15.08.2024 13:05
1424