Fotoda görünən bu iki şəxsi dünyada tanımayan yoxdur. Onlardan biri Böyük Britaniyanın sabiq baş naziri (2019-2022) Boris Conson, o biri ABŞ-nin eks-prezidenti (2016-2020) Donald Trampdır.
Onları birləşdirən dəyər təkcə ikisinin sabiq rəhbər olması, eləcə də saçlarının rəngi deyil.
Consonla Trampı birləşdirən detal həm də iki qardaş dövlətin nüfuzlu siyasətçiləri olmaları, bir də hər ikisinin standartlara uyğun olmayan siyasi persona tanınmalarıdır.
Bu şəxslərin siyasi baxışları arasında ciddi fərqlər də var. Biri Rusiyaya qatı düşmən olan şəxs kimi tanınır, o biri Rusiyaya münasibətdə loyallıq göstərir.
Tramp hakimiyyətin bir addımlığındadır, yenidən Ağ Evə gəlir. Conson da hakimiyyətin bir addmlığındadır, mənsub olduğu partiya iki həftə öncə seçkini uduzub, o və partiyadaşları siyasi Olimpin zirvəsindən uzaqlaşır.
Bu günlərdə onlar görüşüblər. Görüş ABŞ-də baş tutub. Hazırda Trampın başqa bir yerə gedəcək halı yoxdur, başı məhkəmələrinə, seçkiyə və sui-qəsdlərdən sağçıxma işinə qarışıb.
Boris Conson isə azad adamdır, o gün ailəsi ilə birlikdə Hindistana toya getmişdi, ondan sonra da ABŞ-yə baş çəkib.
Keçmiş baş nazir görüşdən sonra sosial şəbəkədə yazıb ki, Trampın həyatına biabırçı sui-qəsd cəhdindən sonra onu əla vəziyyətdə görüb. Consonun sözlərinə görə, o, Trampla Ukraynanın taleyi barədə danışıb.
Conson əmin olduğunu bildirib ki, yenidən prezident seçilərsə, Tramp Kiyevi dəstəkləyəcək və “demokratiyanı müdafiə edəcək”.
Bax, bu, Rusiya rəhbərliyinin və ictimaiyyətinin qanını qaralda biləcək xəbərdir. Çünki onlar ümidlidirlər ki, Trampın Ağ Evə gəlməsi ilə Ukraynanın qara günləri başlayacaq və dizi yerə gələcək.
Belə məlum olur ki, Conson Trampın sol qulağına Rusiyanın əsl niyyətləri, eləcə də anqlo-sakson anlaynsın gələcə planları barədə bəzi şeylər pıçıldayıb (məlum, prezidentliyə namizədin sol qulağı yaralıdır).
Musavat.com