Bu şəkil Litvanın paytaxtı Vilnüsdə çəkilib. Şəkildə görünən qoca ABŞ-ın prezidenti Co Baydendir.
O Vilnüsə ona görə gəlib ki, NATO-nun sammitində iştirak etsin.
Hazırda Baydenin 81 yaşı var və o, gələn il yenidən prezident seçilərək ABŞ-a daha 4 il rəhbərlik etmək istəyir.
Profildən çəkilmiş bu şəkildə isə Baydenin başqa vaxt görüntüləndiyi video və fotokadrlarda olduğundan daha ahıl olduğu görünür.
Çoxdan məlumdur, ahıl rəhbərləri həmişə elə çəkirlər ki, çox yaşlı, əldən düşmüş kimi görünməsinlər. Yəni onları bir az gendən çəkirlər ki, obyektivə yaxşı düşsünlər. Bu, piar məsələsidir, seçki texnolgiyasıdır.
Məsələn, Kremlin teleoperatorları və fotoreportyorları 1985-ci ildə SSRİ-də hakimiyyətə gələn Mixail Qorbaçovu elə çəkirdilər ki, onun alnının sağ yuxar hissəsindəki, Ermənistanın xəritəsinə oxşayan xal görünmürdü. Xalq bu xaldan 3-4 il sonra, artıq SSRİ-də dağılma prosesi başlayandan sonra xəbər tutdu.
Əlbəttə, xalın dövlət idarəçiliyinə dəxli yoxdur. Elə xallı rəhbərlər ola bilər ki, fəaliyyətindən xalq məmnun qalar. Elə xalsızı da olar, xalqın yanında xal qazanmaq üçün lazım olmayan hərəkətlərə qol qoyar.
İndi əsas məsələ odur ki, bu ahıl adam bir daha prezident seçilsə, necə olacaq? Sovet xalqı qoluna girilib aparılan Brejnevi gördüyü üçün buna çox da təəccüblənməz, amma həmişə qıvraq prezidentlərlə işləmiş Amerika xalqını bilmək olmaz.
Bu şəklə baxanda adamın yadına rusların məşhur atalar sözü düşür: "Starost be radost" (yəni qocalıq fərəhli bir şey deyil).
Musavat.com