Güney Azərbaycanda BÖYÜK AKSİYA təyin olundu

Güney Azərbaycanın milli fəalları bir neçə şəhərdə minlərlə çağırış vərəqəsi yayaraq oktyabrın 26-da ümumi etiraz aksiyalarına çağırış elan ediblər.

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, çağırış vərəqələrində Azərbaycan dilində “Azadlıq, Ədalət, Milli hökumət”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “Azərbaycan qızları, azadlıq ulduzları” və “Azərbaycan diyarımız, demkrasi şüarımız” şüarlarının səsləndirililməsi təklif edilib.

Fəallar qeyd olunan tarixdə Azərbaycan şəhərlərinin əsas küçə və meydanlarında toplaşmağa çağırıblar.

24.10.2022 18:38
1215