Güney Azərbaycanda avtomobil şirkətinin binası yandırıldı - VİDEO

Güney Azərbaycanda avtomobil şirkətinin binasına etirazçılar tərəfindən od vurulub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, ötən gecə Qəzvin əyalətinin Takestan şəhərində müflis olmuş “Piştaz_Xodro” avtomobil şirkətinin ofisi narazı səhmdarlar tərəfindən yandırılıb.

12.10.2023 19:55
433