Güney Azərbaycanda “Ana dilində danışaq” aksiyasına başlanılıb - VİDEO

Güney Azərbaycanda milli fəallar aksiyaya başlayıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, aksiya Azərbaycan dilini fars ifadələrindən təmizləməyə və Ana dilini inkişaf etdirməyə çağırmaq üçün keçirilir.

18.05.2024 08:31
1221