Müğənni Günel Zeynalova sosial şəbəkə izləyicilərinin suallarını cavablandırıb.
BAKU.WS xəbər verir ki, istifadəçilərdən biri sənətçiyə "Əsl sevgi necə olur" sualını ünvanlayıb.
Günel bu suala cavab verərək, qorxaq kişi sevməməyi tövsiyyə edib:
"Bir adam dürüst olmalıdır. Bir-birinizə açıq olun. İlk başda necəsə elə də məsum qalsın. Özünə güvənmirsə olmasın. Bunu adam kimi söyləyəcək ürəyə sahib olsun. Xahiş edirəm, qorxaq kişi sevməyin".