Günay Baxşəliyeva "Zaurla Günaydın" verlişinin çəkilişi zamanı bahalı boyunbağını itirib.
Musavat.com titul.az-a istinadən xəbər verir ki, bunu elə efirdə xanım aparıcı özü bildirib.
Axtarmadığı yer qalmamasına rəğmən boyunbağını (kolye) tapa bilmədiyini deyən Günay, efirdə həmin ziynət brilliant qaşlı həmin ziynət əşyasının Zaur tərəfindən ona hədiyyəsi olduğunu sözlərinə əlavə edib.
Zaur bu xəbəri eşidincə yerindən qalxaraq həyacanlə şəkildə "Necə itib e? O yekə qaşlını deyirsən?", - sözləri ilə reaksiya verib. Günay da "Hə də, sənin o aldığın kolyem yoxa çıxdı", - ifadəsi ilə Zaura reaksiya verib.