Baş Prokurorluğun Mətbuat xidmətinə yeni rəhbər təyin edilib.
Musavat.com xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Saleh Hacıyev Mətbuat xidmətinə rəhbər təyin edilib. O, buna qədər Baş prokurorun xüsusi məsələlər üzrə köməkçisi olub.
Qeyd edək ki, bir neçə gün öncə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə vəzifəsindən azad olunaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifəyə təyin edilmişdi.