Günay Malikqızı yüksək vəzifəyə təyin edildi

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəliyinə yeni mətbuat katibi təyin edilib.

Manset.az-ın məlumatına görə, müvafiq əmrlə bu vəzifəyə tanınmış jurnalist Günay Malikqızı təyin edilib.

Bildirək ki, Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflidir.

Qeyd edək ki, Günay Malikqızı bundan əvvəl Milli Olimpiya Komitəsinin mətbuat katibi olub.

15.09.2023 22:01
2970