Günay bunun üçün dəniz kənarında dekor qurdu - FOTOLAR

Müğənni Günay İbrahimli fərqli tərzdə obyektiv qarşısına keçib. 

İfaçı dəniz kənarında etdirdiyi fotosessiyasını izləyiciləri ilə bölüşüb. 

Günay dörd fərqli obraza girib. İfaçı komandası ilə birlikdə dəniz kənarında çəkiliş üçün dekor qurub. Müğənninin geyimləri onun özünə aid olan "İbrahimlee boutique"də hazırlanıb.

Günayın saç və makiyajını Rəsul Gulafov, Sura Hüseyn edib. Şəkillərin müəllifləri Fərhad Əlidir. (Axşam.az)

01.07.2024 15:40
1101