"Gümüş oğlan"ın sadə toyu - Qırğızıstana medal gətirən boksçu evlənib

Parisdə keçirilən Olimpiya Oyunlarının gümüş mükafatçısı Munarbek Seyitbekoğlu evlənib.

Musavat.com 24.kg portalına istinadən xəbər verir ki, bu barədə idmançı sosial şəbəkələrdəki səhifəsində yazıb.

“24 avqust Allahın mənə bəxş etdiyi gözəl günlərdən biri oldu. Evlilik birliyinə girdim və həyat yoldaşımla birlikdə xoşbəxtlik yoluna başladım. Prezidentimizin israfçılığın yolverilməzliyi ilə bağlı dediklərinə mən də qoşulur və sizi də belə etməyə çağırıram. Toyumuz şəriət qaydalarına uyğun və mehriban şəraitdə baş tutdu”, - deyə Munarbek yazıb.

Onun seçdiyi qızın adı Sərvinazdır. Munarbek bir həftə əvvəl ona evlilik təklifi edib. O, avqustun 17-də gəlinin barmağına nişan üzüyü taxıb.

Munarbek Seyitbekoğlunun 28 yaşı var, Oş vilayətinin Uzqen rayonundandır. O, səkkiz yaşında boksla məşğul olmağa başlayıb. Oş Dövlət Universitetinin bədən tərbiyəsi fakültəsini bitirib.

Parisdə keçirilən Olimpiya Oyunlarında Munarbek 57 kiloqram çəki dərəcəsində gümüş medal qazanaraq, Qırğızıstanın boks tarixində Oyunlar medalını alan ilk idmançı olub.
O, olimpiada qatılarkən məşqçisiz və sekundantsız olub. Ona özbək məşqçilər və idmançılar kömək edib. Final görüşündə isə Munarbek məhz özbək idmançıya uduzub.

Musavat.com

27.08.2024 14:04
3406