Ermənistan hakimiyyəti Gümrüdə dövlət çevrilişinə nail olub.
Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.
Gümrü Ağsaqqallar Şurasının hazırkı üzvləri növbədənkənar seçkilərə getmək üçün axşam saatlarında mandatlarından imtina edəcəklər. Bildirilir ki, hazırda Ağsaqqallar Şurasının üzvləri gələcək planları müzakirə edirlər.
Qeyd olunur ki, söhbət Balasanyan blokunun 13 üzvündən gedir.
Xatırladaq ki, Gümrü şəhərinin meri Vardqes Samsoyan yenicə istefa verib.
Musavat.com