Gülüstan Əliyeva keçirdiyi qəzadan danışdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülüstan Əliyeva bir neçə gün öncə ağır qəza keçirib.

G.Əliyeva Pravda.az-a açıqlamasında deyib ki, hazırda səhhəti normaldır:

“Bir az stresliyəm, amma Allaha şükür ki, hər şey yaxşıdır. Narahat olmayın. Maraqlanan hər kəsə təşəkkür edirəm”.

Qeyd: Bakı-Sumqayıt şossesində hərəkətdə olan sənətçinin avtomobili qarşıda sürətini azaltmış maşınla toqquşub. Nəticədə isə zəncirvari qəza baş verib. Əməkdar artistin avtomobili tamamilə sıradan çıxıb.

14.12.2023 16:11
929