Böyük Britaniyanın "Eurofighter" döyüş təyyarələri Türkiyə üçün yaxşı alternativdir.
Musavat.com teleqraf.com-a istinadən bildirir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.
"Eurofighter" bizim üçün yaxşı alternativdir, ona görə də onu almaq istəyirik. NATO-nun üzvüyük, amma başqa bir NATO üzvü (Almaniya - red.) bu təyyarələri almağımıza qarşı çıxır", - nazir bildirib.
Gülər bu baxımdan Almaniyanı razı salmaq cəhdlərinə də diqqət çəkib:
"Bir müttəfiqimiz deyir ki, mən sizə təyyarə vermirəm. Onun söylədiklərinin heç bir izahı yoxdur. İnanırıq ki, digər müttəfiqlərimiz Almaniyanı müəyyən nöqtəyə gətirə bilərlər".
Müdafiə naziri Qərbin Türkiyənin Rusiyadan S-400 müdafiə sistemləri almasına davam edən təpkilərinə toxunub:
"S-400 müdafiə sistemidir. Kimsə bizə hücum etdi, biz də ondan istifadə etmədik? Əgər kimsə bizə hücum etməyi düşünsə, S-400 və ya digər müdafiə sistemlərinin nə edəcəyini çox yaxşı görəcək".