Müğənni Gülay Zeynallı sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.
Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan ifaçı şəxsi həyatını gündəmə gətirməyi sevmədiyini deyib:
"Zamanımı özümə aid olan şeylərə sərf edirəm. Kiməsə nəsə izah etmək məcburiyyətində deyiləm. Zamanıma heyfim gələr kiməsə sərf etməyə. Ailəmi, övladımı müzakirə etmək istəmirəm. Mənə yaraşmaz. Kim nə yazır yazsın".