Güclü zəlzələ bu ölkəni SİLKƏLƏDİ

Avstraliyanın cənub-şərqində, Viktoriya ştatında 5,0 maqnitudada zəlzələ baş verib.

Bu barədə “9News” telekanalı məlumat yayıb.

Yeraltı təkanlar ştatın paytaxtı Melburndan Tasmaniya adasına qədər geniş ərazidə hiss olunub. Telekanalın məlumatına görə, zəlzələ minlərlə insanı təşvişə salıb, yaşayış evləri və infrastruktur obyektlərinə ziyan dəyib.

Hələlik itkilər barədə məlumat yoxdur. (Report)

22.10.2023 18:46
900