Bir neçə gündür yağan güclü yağış Kürdəmirdə fəsadlara səbəb olub.
Belə ki, istər prospektlərdə, istərsə də küçələrdə avtomobillərin və piyadaların hərəkətində çətinlik yaranıb.
Rayonun Şəhriyar küçəsində də yağış gediş-gəlişi tamamilə məhdudlaşdırıb.
“Nə yoldan keçə bilirik, nə də uşaqlar məktəbə gedə bilirlər. Maşın olmasa, evdən çıxmaq mümkün deyil”, - deyə sakinlər narazılıq bildiriblər.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: