Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sentyabrın 9-ü gündüz və 10-da bölgələrdə küləkli hava şəraiti gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Sarı xəbərdarlığa uyğun olaraq Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

09.09.2024 10:11
716