Gözlər BU TARİXƏ dikildi - Rusiya ilə bağlı vacib AÇIQLAMA OLACAQ

ABŞ prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı mühüm açıqlama ilə çıxış edəcək.

Musavat.com xəbər verir ki, bunu o, NBC News telekanalına müsahibəsində deyib: “Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı mühüm açıqlama verəcəm”.

Amerika prezidenti qarşıdan gələn bəyanatın məzmunu ilə bağlı hər hansı əlavə təfərrüat verməkdən imtina edib: "Rusiyadan məyus oldum. Yaxın bir neçə həftə ərzində nə olacağını görəcəyik".

Musavat.com

11.07.2025 08:20
7382