Son xəbərlərə görə, Nikol Paşinyanın təhlükəsizlik qüvvələri erməni din xadimlərinin Voskepardakı erməni kilsəsinə daxil olmasına icazə vermir.
Musavat.com bildirir ki, Robert Köçəryan və Serj Sarkisyanın qüvvələrinin baş verən hadisələrdə iştirakını minimuma endirmək üçün ilkin qərar qəbul edilib. Nəticədə etiraz aksiyalarına rəhbərliyin Ana Baxa verilməsi qərara alınıb.
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxan 7 nəfər saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, Ermənistanın Tavuş vilayətində Gürcüstanla dövlətlərarası avtomobil yolunun bağlanması zamanı xuliqanlıq etməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.
Ermənistanla Azərbaycan arasında delimitasiya prosesindən əvvəl sərhədin Ermənistan ərazisindən keçən hissəsində - Tavuş vilayətində minatəmizləmə işlərinə başlanılıb.
Kreml Ermənistanın Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqavilənin tezliklə ləğvi ilə bağlı yayılan məlumatları şərh edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu barədə heç bir mənfi siqnalın olmadığını söyləyib.
Onun sözlərinə sözlərinə görə, Putin və Paşinyan arasında şəxsi təmas “qısa müddətdə” baş tuta bilər və liderlər bu və digər aktual məsələləri şəxsən müzakirə edə bilərlər. “Biz gözləyirik ki, qısa müddətdə Prezident Putin və Baş nazir Paşinyan bunları və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”, deyə Kremlin sözçüsü vurğulayıb.
Azərbaycan Rusiya Federasiyasının dostu və tərəfdaşıdır. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya və Azərbaycan əməkdaşlığın inkişafı üçün böyük potensiala və münasibətləri inkişaf etdirmək istəyinə malikdir.
“Bu, bizim böyük qonşumuz, dostumuz, tərəfdaşımız və müttəfiqimizdir və bizim çoxlu ortaq maraqlarımız var, bizim əməkdaşlıq üçün böyük potensialımız və ən əsası, ikitərəfli münasibətlərimizin zəngin ənənələri var. Bu münasibətləri hər cür davam etdirmək və inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə var”, deyə Kremlin sözçüsü vurğulayıb.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını hərbi analitik Azad İsazadə cavablandırır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: