Musavat.com xəbər verir ki, Venesuela hökuməti gözlənilməz addım ataraq Donald Trampı prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib və ABŞ ilə münasibətlərin normallaşmasına ümid etdiyini ifadə edib. Venesuela rəhbərliyi, xüsusilə Maduro administrasiyası, Trampın yenidən ABŞ prezidentliyinə gəlməsini iki ölkə arasındakı gərgin münasibətlərin yumşalması üçün bir fürsət kimi qiymətləndirir.
Son illərdə Bayden administrasiyasının Venesuelaya qarşı sərgilədiyi mövqe, ölkədə ABŞ-a qarşı narazılığın artmasına səbəb olub. Venesuela tərəfi, bu münasibətlərin belə davam etməyəcəyinə ümid bəsləyir və yeni administrasiya ilə diplomatik əlaqələrin yenidən qurulması arzusunu ifadə edir.
Musavat.com