Gözəllik mərkəzi açacaqdı, həyatının ŞOKUNU yaşadı – Bir zənglə hər şey üzə çıxdı

Ankarada yaşayan estetika mütəxəssisi Hatice Soykan İstanbulda gözəllik mərkəzi açmaq üçün kirayə ofis axtarmağa başlayıb.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, qadın internet saytlarına baxıb, Şişlidəki binanın 3-cü mərtəbəsindəki mənzili bəyənib və daşınmaz əmlak agenti ilə əlaqə saxlayıb.

1 illik kirayə haqqını ödəyib müqavilə bağlayan Soykan bir müddət həmin ofisdən istifadə edib. Bundan təxminən 2 həftə sonra estetik həkim ofisin kilidinin dəyişdirildiyini görüb. Bunun ardınca isə ona evin əsl kirayəçisi tərəfindən zəng gəlib.

Əmlakçı ilə əlaqə saxlaya bilməyən Soykan aldadıldığını başa düşüb və polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.

Aldadılan Hatice Soykan: “Ankaradan buraya kiçik biznes qurmaq üçün gəldim. Gözəllik sektoru üçün ofis lazım idi. Ofisi icarəyə götürmək üçün internetə baxdım və ilk tapdığım adama zəng etdim. Əslində günah məndə idi. Gəlib mənə daşınmaz əmlakın bir neçə şəklini göstərdi. Onlardan birini bəyəndim. O da mənə dedi ki, bu yer icarəyə götürülə bilər, hətta 1 illik olsa, endirim də olunar. Mən ona dedim: “Yaxşı, mən buranı dərhal kirayələmək istəyirəm. Mən o şəkildə icarəyə götürdüm, amma məni aldatdılar. Ofisimiz, pulumuz və zamanımız getdi.

Onunla görüşdük, müqavilə bağladıq. Mən pulu təhvil verdim. Daha sonra açarı götürüb ofisə getdim. Aldadıldığımı iki həftədən sonra başa düşdüm”.

Qadın bildirib ki, müqavilə tələsik bağlanıb və 11 sentyabrdan bəri həmin ofisdə çalışıb:

“Günlərin bir günü bir şəxs mənə zəng edib dedi ki, bura onun kirayə yeridir, sən necə kirayəçi ola bilərsən? Bununla da məsələnin üstü açıldı. Polis idarəsinə getdim, şikayət ərizəsi yazdım və cinayət işi başaldıldı. Prokurorluğa da müraciət edəcəyəm.

Ev sahibi mənimlə əlaqə saxlayanda ondan mülkiyyət sənədini istədim. Sənədi istəyəndən sonra mənə zəng edən olmadı. Mən ancaq daşınmaz əmlak agentini tanıyıram, başqa heç kimi tanımıram. Qapının kilidi dəyişdirilib. İçəriyə girə bilmirəm”.

İstehlakçılar Konfederasiyasının sədr müavini Mücahit Saraçlı kirayə əməliyyatının daşınmaz əmlak agenti vasitəsi ilə edildiyi hallarda belə problemlərin yaşandığını deyib. Onun sözlərinə görə, “makler”lər bir evin açarını eyni anda bir neçə kirayəçiyə verə bilirlər. Bundan sonra isə pulu götürüb yoxa çıxırlar.

Sədr müavini bildirib ki, kirayə prosesində pul ödəməzdən əvvəl kirayəçilər mülk sahibi ilə görüşüb müqavilə imzalamalıdırlar.

Şahanə Rəhimli
Musavat.com

02.10.2024 18:28
1105