Göygöldə gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Nihad Musayevdir.
O, polis əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, bıçaqlanan şəxs Göygöl rayonu, Zurnabad kənd sakini, 2006-cı il təvəllüdlü Nihat Tacəddin oğlu Mirzəyevdir.
O, bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin kim tərəfindən törədildiyi və səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.