Göygöldə fəhlə iş başında öldü

Göygöldə fəhlə iş başında ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Quşqara kəndində baş verib.

Kənddəki evlərin birində fəhlə işləyən rayon sakini, 1991-ci il təvəllüdlü Elşən Abbasov işlədiyi zaman hündürlükdən yıxılıb.

Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

23.10.2022 18:05
756