Göygöldə doğulan erməni generala cinayət işi açıldı

Ermənistan ordusunun Baş Qərargahı və KTMT-nin birgə qərargah rəisinin keçmiş müavini, general-leytenant Aykaz Baqmanyan barəsində cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

İstintaq Baqmanyanın 2014-2020-ci illərdə vergi bəyannaməsində gəlirlərinin həqiqi məbləği barədə məlumat göstərmədiyini və qanunsuz varlanmaqda şübhəli bilindiyini açıqlayıb.

Qeyd edək ki, Aykaz Baqmanyan Azərbaycanın Göygöl rayonunda doğulub.

08.03.2023 10:30
834