Göygöldə 31 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

Göygöldə bədbəxt hadisə baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Elşən Abbasov yaşadığı evdə qaz xəttini düzəldən zaman ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.

31 yaşlı kişi xəstəxanaya aparılsa da, həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

23.10.2022 04:35
617