Göygöldə 22 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı saxlanılıb

Göygöldə kişinin həyat yoldaşını boğaraq qətlə yetirməsinin təfərrüatı məlum olub.

Lent.az-ın məlumatına görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev və həyat yoldaşı 2002-ci il təvəllüdlü Münəvər Kərimova arasında qısqanclıq zəminində mübahisə yaranıb.

Mübahisədən sonra 32 yaşlı kişi özündən 10 yaş kiçik olan həyat yoldaşını boğaraq öldürüb. Hadisədən sonra Ceyhun Mustafayev könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

***

İyunun 11-də saat 20 radələrində 2002-ci il təvəllüdlü M.Kərimovanın Göygöl rayon ərazisində həyat yoldaşı tərəfindən boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, qətli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev daha sonra polisə könüllü təslim olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

12.06.2024 00:12
940