Göygöl sakini bıçaqlanıb

Göygöl rayon sakini bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl rayon sakini, 1981-ci il təvəllüdlü X.Əsgərov Yeni Qızılca kəndində mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

11.03.2024 08:13
483