Göyərtəsində rusların olduğu yük təyyarəsinin düşmə anı: İlk kadrlar - VİDEO

Sudanın qərbində ekipajının Rusiyaya məxsus olduğu güman edilən yük təyyarəsi vurulub.

Musavat.com rus mediasına istinadən xəbər verir ki, qəza zonası döyüşlərdə olan Darfurdadır.

Sudanda münaqişə silahlı qüvvələr ilə Çevik Reaksiya Qüvvələri (RSF, 40 000 nəfərdən çox, zirehli transportyorlar və artilleriya ilə silahlanmış) adlanan qruplaşma - ərəb silahlı birləşmələri əsasında yaradılmış qrup arasındadır.

BƏƏ-dən olan Airline Transport Incorporation FZC-nin baş mühəndisi Viktor Granov əvvəllər Pilot Airline qapalı səhmdar cəmiyyətinin yaradıcısı olub, aviasiya forumlarından birində Afrikada pilotları aldatdığına görə danlanıbmış. Qranovun uçduğu təyyarə bu gecə Çevik Reaksiya Qüvvələrinin əvvəllər hökumətyönlü hərbiləşdirilmiş təşkilatının üsyançıları tərəfindən vurulub.

 

Afaq,
Musavat.com

21.10.2024 21:43
1530