Xəbər verildiyi kimi, dünən Filippin bayrağı altında üzən "MT Terra Nova" tankeri əlverişsiz hava şəraiti səbəbindən Manila körfəzində çevrilib və batıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, göyərtəsində 1,4 milyon litr yanacaq olan tanker böyük neft sızıntısına səbəb olub.
Filippin Nəqliyyat Departamentinin məlumatına görə, tankerin 17 ekipaj üzvündən 16-sı xilas edilib. Dənizdə saatlarla davam edən axtarışlardan sonra batan dənizçinin cəsədi sahil mühafizəsi tərəfindən tapılıb.
Qəza anının görüntülərini təqdim edirik:
@@TVmusavat/91576@@
Musavat.com