Göydən düşmüş sadəlövh adam... - Paşinyanın saqqalını qırxmasına REAKSİYA

“Nikol Paşinyan seçki kampaniyasına başladı. Əhəmiyyətli olan onun saqqalını qırxması deyil, özünü müxalifət kimi göstərməsidir”.

Musavat.com xəbər verir ki, bu barədə erməni vəkil Ervand Varosyan öz feysbuk səhifəsində yazıb.

“Paşinyan 7 ildir hakimiyyətdə olduğunu, hər şeyə cavabdeh və günahkar olduğunu bir kənara atacaq. Göydən düşmüş sadəlövh adam kimi yumru gözləri ilə hökm sürən vəziyyətə təəccüblənməyə, baş verənlərə qəzəblənməyə, “ayıbdır” deyə qışqırmağa başlayacaq. O, eyni səhnədə daha bir neçə nəfəri qurban verəcək, “Ermənistanı təmizləyək” şüarı ilə seçkiyə gedəcək. Bu cəmiyyət başa düşəcəkmi ki, bu saqqalı qırxılmış adam onu eşşək yerinə qoyur? Təbii ki, yox. Digər partiyalar bu təlxəkliyə qarşı effektiv qüvvə formalaşdıra biləcəkmi? Acı təcrübə bunun mümkün olmadığını göstərir. Bəlkə də bütün bunlar doğrudur. Ola bilsin ki, ideyasız, yalnız pul üçün yaşayan, hər şeyə uyğunlaşan, yumşaq desək, biliyi olmayan zəiflər bu bölgəni tərk etməyə məhkumdurlar”, - deyə vəkil qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

16.11.2024 15:30
605