Göyçədə balıq ovu qadağan olundu - ermənilər ÜSYANA qalxdı

“Xalqı boğmaq, aclığa məhkum etmək istəyirlər. İstəyirlər, ermənilər Qarabağdan əl çəkən kimi Göyçədən də çıxıb getsinlər”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, Göyçə gölündə balıq ovunun yasaqlanması qərarına etiraz edən erməni balıqçılar bu sözləri işlədib.

“Göyçə sahillərində yaşayan insanları aclığa məhkum etmək istəyirlər. Əliyev Qarabağda nə etdisə, Paşinyan da Göyçədə elə edir ki, sakitcə hər şeyi Azərbaycana ötürsün. Biz burdan getsək, azərbaycanlılar 100 faiz bura gələcək”, - deyə etirazçılardan biri bildirib.

Digər etiraz iştirakçısı: “Vergi ödəyirik, lisenziyaları götürürük. Hər kq üçün 128 dram ödəyirik. İki aylıq balıq ovu qadağasını kim görüb? İlk növbədə insanları işlə təmin edin”.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin hesabatına görə, Noratus yaxınlığında maskalı balıqçılar göldə patrul əməkdaşlarını döyüblər. Bununla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları 26 nəfəri saxlayıb.

Musavat.com

20.12.2023 18:05
2003