“Sevan (Göyçə-M.) gölündə balıq tutmaq üçün niyə pul ödəmirlər bilirsinizmi? Nikol Paşinyan bu barədə Hakob Simidyandan soruşdu?”
Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu “Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin proqram koordinatoru Daniel İoannisyan öz Facebook səhifəsində yazıb.
Suala özü cavab verən erməni ekspertin sözlərinə görə, çünki Göyçə Milli Parkının gəmisinə basqın edərək əməkdaşları döyənlərdən yalnız biri hazırda həbsdədir. İoannisyan Göyçə Milli Parkında balıqçıların qayığa çıxaraq orada olanları döyməsinin videosunu da yayıb.
“Əgər müfəttişləri döyməklə problemlərini həll edə bilirlərsə, niyə pul verməlidirlər? Ermənistanda hüquq-mühafizə orqanlarının əvəzinə qanunu qorumağa qadir olmayan böyük bəzək var”, - İoannisyan əlavə edib.
Qeyd edək ki, son aylar Ermənistanda balıqçıların hökumətə qarşı lokal aksiyaları davamlı xarakter alıb.
Musavat.com