Gorus meri azadlıqdan məhrum edildi

Ermənistanın Gorus şəhərinin meri Aruş Aruşanyan 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Sünik vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsi hakim Varsenik Melkonyanın sədrliyi ilə Probasiya Xidmətinin Gorus şəhərinin meri Aruş Aruşanyan haqqında əvvəl müəyyən olunan 5 illik icbari işin həbslə əvəz edilməsi barədə vəsatətini qismən təmin edib.

Əvvəllər dəmir barmaqlıqlar arxasında keçirdiyi vaxtı nəzərə alsaq, Aruşanyan bir il həbsdə qalmalı olacaq.

Musavat.com

10.09.2024 14:13
463