Çinli gimnast və Paris Olimpiadasının gümüş mükafatçısı Çjou Yakinq vətəni- Çinin Hunan əyalətinə qayıdıb və ailəsinin restoranında aşpaz köməkçisi işləyir.
18 yaşlı Çjou Yakinq ilk dəfə italyan gimnastlarının ənənəvi jestini təkrarlayaraq çaşqın halda medalı dişləməyə çalışarkən internetdə məşhurlaşıb.
Bir ziyarətçi tərəfindən çəkilmiş görüntülərdə Çin Olimpiya komandasının paltarı geyinmiş, masaları gözləyən və işçilərə təmizlik etməyə kömək edən Zhou görünür.
Atası Olimpiya Oyunlarında debütündən sonra bütün yerlərin rezervasiya olunduğu restoranın hər otağında qızının medal və mükafatlarının fotoşəkillərini asıb.
Sosial şəbəkələrdə çoxları gimnastın təvazökar həyat tərzini tərifləyib.
"Dünya səhnəsində nə qədər uğurlu olmağınızdan asılı olmayaraq, yenə də evdə ailənə kömək etməlisən".
"Gümüş medalçının qızıl ürəyi var".
Yeri gəlmişkən, Çjou gimnastika ilə 2008-ci ildə, cəmi üç yaşında ikən məşğul olmağa başlayıb. Birinci sinifə başlamazdan əvvəl o, şəhər oyunlarında aldığı iki qızıl, iki gümüş və bir bürünc medal qazanıb.
Bədii gimnastika üzrə Dünya Çempionatında (2024) Yakinq iki qızıl medal qazanıb. Qız Parisdə keçirilən Olimpiya Oyunlarında ikinci yeri tutduqdan sonra insanlar sosial şəbəkələrdə onun heç vaxt evə əliboş qayıtmaması ilə bağlı zarafat etməyə başlayıblar. (sfera.az)