“Görən kimi aşiq oldum, 40 dəfə evlənmək təklif etdim” - Məşhur aktyor

Türkiyəli məşhur kinoaktyor Murat Aygen şəxsi həyatı barədə maraqlı açıqlama verib.

Aktyor xanımı, aktrisa Nihan Aslı Aygen ilk görüşdə aşiq olub evlənmək təklif etməsindən danışıb.

"Həyatımın rəvan getmədiyi, motosikletdə sürəti sınaqdan keçirdiyim və ekstremal idman növlərinin dibində olduğum dövr idi. Bir filmə çəkmək  üçün aktrisa seçimi elan eləmişdik. Qapı açıldı, içəri bir gözəl qadın girdi.

Onu görər görməz yanımda oturan dostuma “o mənim arvadımdır, uşaqlarımın anasıdır” dedim. Seçimlər başa çatdı, ona yaxınlaşdım və dedim: , "Mənim bildiklərimi bilməlisən, sən mənim uşaqlarımın anasısan, mənimlə evlən. Sənə qırx dəfə evlənmək təklif edəcəm, qırxıncı dəfə də üzüyü sənə verəcəm”". Təəccüblənsə də yox demədi.

Aktyor dediyi kimi, xanımına düz 40 dəfə evlənmə təklif edib, sonuncu dəfə isə  gecə yarı İstanbulda Boğaz körpüsünün üstündə diz çökərək Nihana üzük bağışlayıb.

“Tanış olduğumuzdan 6 ay sonra evləndik. O gündən sonra heç vaxt ayrılmamışıq”, - deyə aktyor qeyd edib. (lent.az)

19.08.2024 13:24
17409